DÜNYA

07 İyun

Avstraliya gözləntilərin altında böyüyüb

Avstraliyanın birinci rübündə ümumi daxili məhsul illik müqayisədə 2,3 faiz artaraq analitiklərin gözləntilərindən bir qədər aşağı olub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avstraliya Statistika Bürosunun (ABS) verdiyi açıqlamaya görə, ölkə iqtisadiyyatı birinci rübdə əvvəlki dövrlə müqayisədə 0,2 % artıb.

İqtisadçılar 2022-ci ilin dördüncü rübündəki 2,7 % artımla müqayisədə 2,4 % artım proqnozlaşdırmışdılar.

Zəminə Hüseyn
Fins.az