DÜNYA

02 İyun

Rusiya \"Türk axını\" ilə qaz nəqlini müvəqqəti dayandırır

Rusiyanın enerji şirkəti “Qazprom” açıqlayıb ki, planlaşdırılan illik təmir işləri ilə əlaqədar “Türk axını” qaz kəmərindən müvəqqəti olaraq təbii qaz nəqli olmayacaq.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 5-12 iyun tarixləri arasında “Türk axını” boru kəmərində illik planlı təmir işlərinin aparılacağı və qaz nəqlinin dayandırılacağı bildirilib.

Qeyd edək ki, “Türk axını” hər biri 15,7 milyard kubmetr olmaqla ümumi qaz ötürmə qabiliyyəti 31,5 milyard kubmetr olan iki xəttdən ibarətdir. 

Zəminə Hüseyn
Fins.az