DÜNYA

30 May

ABŞ-ın borc limiti məsələsi investorların diqqətindədir

Qlobal birjalarda ABŞ-dakı borc limiti böhranı investorların diqqət mərkəzində qalarkən, məsələ ilə bağlı qeyri-müəyyənliklər risk iştahını zəiflətməkdə davam edir.

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, analitiklər bildiriblər ki, borc limiti artırılarsa, ABŞ Xəzinədarlığının üçüncü rübün sonuna qədər təxminən 1 trilyon dollar dəyərində istiqraz satacağı gözlənilir.

ABŞ-da borc limitinin artırılması ilə bağlı prinsipial razılıq əldə olunsa da, qalan məhdud zaman ərzində bürokratik prosesin tamamlanıb-başa çatmayacağı risk qavrayışını qidalandırır.

Analitiklər Konqres və Senat tərəfindən təsdiq edilməli olan qanun layihəsinin vaxtında imzalanmaması halında bazarlarda volatilliyin artacağı gözlənildiyini və bu vəziyyətin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) siyasət sahəsini daralda biləcəyini bildiriblər. Qeyd edək ki, FED inflyasiya ilə mübarizədə hələ də arzuolunan nəticəni əldə etməmişdir.