DÜNYA

30 May

Fransadan "Twitter"ə xəbərdarlıq

Fransanın Rəqəmsallaşdırma və Telekommunikasiya naziri Jean-Noel Barrot bildirib ki, "Twitter" qaydalara əməl etməzsə, ölkədə qadağan olunacaq.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Barrot, "Twitter"in dezinformasiya ilə mübarizə üçün Avropa İttifaqının (Aİ) hazırladığı məcburi olmayan təcrübə qaydalarından çıxması ilə bağlı açıqlama verib.

Qaydaları pozmağa davam edərsə, "Twitter"in ölkədə qadağan ediləcəyini bildirən Barrot, “Twitter ictimai müzakirələrdə mühüm rol oynayır, lakin Twitter kimi bir sosial şəbəkənin dezinformasiya tərəfdarlarının ictimai müzakirələrimizə və demokratiyamıza təsir etməsinə imkan vermək riskinə girmirik” - deyə bildirib.