DÜNYA

26 May

Böyük Britaniyada pərakəndə satış həcmləri artıb

Böyük Britaniyada pərakəndə satış həcmləri aprel ayında əvvəlki ayla müqayisədə 0.5% artıb. Bunu ölkənin Milli Statistika İdarəsinin (ONS) məlumatları sübut edir.

Fins.az xarici mənbələrə istinadən xəbər verir ki, iqtisadçılar orta hesabla daha az - 0.3%-lıq artım gözləyirdilər.

Mart ayında satışların həcmi əvvəllər elan olunduğu kimi 0.9% yox, 1.2% azalıb.

Ötən ay ərzaq satışı 0.7%, qeyri-ərzaq mağazalarında satışlar 1%, onlayn satışlar 0.2% artıb.

Eyni zamanda, avtomobil yanacağı satışları qiymətlərin düşməsinə baxmayaraq 2.2% azalıb.

Ümumilikdə aprel ayında pərakəndə satışlar ötən ilin eyni ayı ilə müqayisədə 3% azalıb.

Avtomobil yanacağı istisna olmaqla satışlar aylıq müqayisədə 0.8% artıb və illik müqayisədə 2.6% azalıb.

Böyük Britaniyada fevral-aprel aylarında ümumi pərakəndə satışlar əvvəlki üç ayla müqayisədə 0.8% artıb. Bu, 2021-ci ilin avqustundan bəri kvartal ərzində ən əhəmiyyətli artımdır.