DÜNYA

26 May

Çinin Mərkəzi Asiya ölkələri ilə ticarəti birinci rübdə 22% artıb

Çin ilə beş Mərkəzi Asiya ölkəsi, yəni Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında iqtisadi və ticari əməkdaşlıq əhəmiyyətli irəliləyiş əldə edib. 

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, Çinin beş Mərkəzi Asiya ölkəsi ilə ticarəti 2022-ci ildə 70 milyard dollara çatıb.

Cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 22 % artıb.

Zəminə Hüseyn
Fins.az