DÜNYA

26 May

\"Moodys\": ABŞ dollarının üstünlüyü onilliklər ərzində davam edəcək

ABŞ dollarının beynəlxalq ticarət və maliyyədəki hökmranlığı çətinliklərə baxmayaraq, onilliklər ərzində davam edəcək.

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Moodys" məlumat açıqlayıb.

Məlumata görə, ehtiyatlarda dolların payının onilliklər ərzində azalması və artan geosiyasi gərginlik bu valyutanın hökmranlığına son qoyulması ilə bağlı spekulyasiyaları artırsa da, hazırda heç bir real alternativ yoxdur.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, dolların rəsmi valyuta ehtiyatlarında payı əsrin əvvəlindəki 78%-dən ötən ilin dördüncü rübündə 58%-ə enib.