İlon Maska məxsus "Neuralink", beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasından (FDA) icazə aldığını açıqladı.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada, "Neuralink" komandasının FDA ilə sıx əməkdaşlığı sayəsində təsdiq aldığı və eksperimental mərhələ üçün müraciət üçün lazımi məlumatların veriləcəyi bildirilib.
"Neuralink" şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi hədəfləyir.
Qeyd edilib ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür.
Zəminə Hüseyn
Fins.az