May ayında "First Republic Bank"ı satın alan "JPMorgan Chase Bank" 1000 "First Republic" əməkdaşını işdən çıxarmağa hazırlaşdığı bildirilib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, təxminən 15 % işçi qüvvəsinin ixtisarı nəzərdə tutulur.
"JPMorgan"ın, göndərdiyi bəyanatda "Biz işçilərimizlə şəffaf olduq və 30 gün ərzində onların məşğulluq statusunu yeniləmək vədimizə əməl etdik" deyə bildirilib.
Zəminə Hüseyn
Fins.az