Mayın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0.11% – 32,764.65 bəndədək azalıb, SP 500 indeksi 0.88% – 4,151.28 bəndədək, Nasdaq indeksi isə 1.71% – 12,698.09 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 25-də Almaniyanın DAX indeksi 0.31% – 15,793.80 bəndədək, FTSE 100 indeksi 0.74% – 7,570.87 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.33% - 7,229.27 bəndədək azalıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.14% dəyər qazanaraq 1.0740 dollara bərabər olub.