DÜNYA

25 May

G20 (Böyük İyirmilik) ölkələrinin ixracı artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı hesabata görə, G20 ölkələrinin ixracı 2023-cü ilin birinci rübündə artıb, idxal isə azalıb.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, G20 ölkələrinin ixracı 2,2 % artıb, idxal isə 1,2 % azalıb.

İxracın artmasının qismən Çində iqtisadi aktivliyin canlanması ilə bağlı olduğu bildirilib.

Zəminə Hüseyn
Fins.az