2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 174 obyekt azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat verib.
Məlumata görə, bu ilin aprel ayında ABŞ vətəndaşları Türkiyədə 48 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 61 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.