DÜNYA

24 May

Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı 4 ayda 800 milyon dollara çatıb

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması ilə Səudiyyə Ərəbistanına ixracatda təsirli nəticələr alınmağa davam edir.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, ixrac yanvar-aprel dövründə 800 milyon dollara çatıb.

Ötən ilin eyni dövründə Səudiyyə Ərəbistanına ixrac 107 milyon 419 min dollar olub.