DÜNYA

19 May

Tesla təchizatçısı Panasonic batareya tutumunu dörd dəfə artıracaq

"Panasonic Holdings Corp", 2031-ci ilin martına qədər illik batareya istehsal gücünü dörd dəfə artırmağı planlaşdırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehsalı sürətləndirmək üçün "Panasonic" noyabr ayında ABŞ-ın Kanzas şəhərində 4 milyard dollarlıq yeni akkumulyator fabrikinin təməlini qoydu.

Qeyd edək ki, şirkət daha əvvəl 2025-ci ilin mart ayına qədər strateji investisiyalara təxminən 600 milyard yen (4,4 milyard dollar) xərcləməyi planlaşdırdığını açıqlamışdı. 

Zəminə Hüseyn
Fins.az