Britaniyanın ən böyük şəbəkə operatoru "BT Group" 2030-cu ilə qədər işçi qüvvəsini azaltmağı planlaşdırdığını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət 40-55 min işçini ixtisar etməyi planlaşdırdığını bildirib.
Xərclərini azaltmaq və mənfəətini artırmaq üçün BT 2028-2030-cu maliyyə illərində işçilərin ümumi sayını 130 mindən 75 minə endirəcəyini vurğulayıb.
Bu o deməkdir ki, şirkət 7 ilə qədər ümumi işçilərin sayını 40 faizzdən çox azaldacaq.
"BT Group"un səhmləri bu il indiyədək 32 % artıb.
Zəminə Hüseyn
Fins.az