ABŞ-ın Energetika Nazirliyi ölkənin strateji ehtiyatını artırmaq üçün 3 mln. barelə qədər neft alacaq.
Bu barədə Fins.az nazirliyin bəyanatına istinadən xəbər verir.
“Energetika Nazirliyi bu gün Strateji Neft Ehtiyatı üçün 3 mln. barelə qədər neft alacağını elan edib”, - bəyanatda qeyd olunur.
Qeyd olunur ki, agentlik nefti 2022-ci ildə satışının orta dəyərindən (bir barel üçün 95 dollar) aşağı qiymətə almaq niyyətindədir.