Türkiyə Statistika Təşkilatı mart ayı üzrə xarici ticarət indekslərini açıqlayıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, ixracat vahid dəyər indeksi mart ayında keçən ilin eyni ayına görə 2,7 % artıb.
2022-ci ilin mart ayı ilə müqayisədə indeks qida, içkilər və tütün məmulatlarında 11,2 %,emal sənayesində (qida, içkilər, tütün istisna olmaqla) 4,6 % artıb, xammalda (yanacaq istisna olmaqla) 9,6 % və yanacaqlarda 23,6 % azalıb.
Zəminə Hüseyn
Fins.az