Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı süd və süd məhsulları istehsalının statistikasını paylaşıb.
Fins.az "CNN"ə istinadən xəbər verir ki, toplanan inək südünün miqdarı mart ayında 14,9% artaraq 911 min 760 ton olub.
Mart ayında keçən ilin eyni ayına nisbətən içməli süd istehsalı 10,9%, inək pendiri istehsalı 3,4% , qatıq istehsalı 2,9%, ayran istehsalı 2,9 %, kərə yağı istehsalı isə 28,2 % azalıb.
Zəminə Hüseyn
Fins.az