Rusiya büdcəsinə bu ilin yanvar-aprel aylarında 2,2 trilyon rubl həcmində neft və qaz gəlirləri daxil olub.
Fins.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, ölkənin neft və qaz gəlirləri illik müqayisədə 52% azalıb. Buna səbəb "Urals" nefti üçün kotirovkaların endirilməsi və təbii qaz ixracının azalmasıdır.