Almaniya Federal Statistika İdarəsi (Destatis) qiymət artımı ilə bağlı aprel ayı üzrə yekun məlumatı açıqlayıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Almaniyada mart ayında 7,4 % olan illik inflyasiya, aprel ayında gözləntilərə yaxın olaraq 7,2% olub.
Aprel ayı keçən illə müqayisədə ərzaq məhsulları 17,2 %, enerji məhsulları 6,8 % bahalaşıb. Əvvəlki ayla müqayisədə ərzaq qiymətləri azalarkən, enerji qiymətləri artıb.
Mart ayında ölkədə ərzaq məhsullarının qiymətləri illik bazda 22,3 % artıb.
Zəminə Hüseyn
Fins.az