"Rhodium Group" və "Merics" tərəfindən aparılan araşdırmalara görə, Avropanın texnologiya və infrastruktur sektorunda təklif edilən 16 Çin sazişindən 10-u tənzimləyicilər tərəfindən bloklanıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabatda 2022-ci ildə Çinin Aİ və İngiltərəyə investisiyalarının ümumi səviyyəsinin 22 % azalaraq 7,9 milyard avroya düşdüyü bildirilib.
"Rhodium Group" və "Merics" tədqiqat firmasının araşdırmasına görə, 2022-ci ildə investisiyaların 22 faiz azalması, Avropanın illərdir Pekindən investisiya cəlb etməyə çalışmasından sonra aktivlərin satışına nəzarət etmək üçün atılan son addımları əks etdirir.
Zəminə Hüseyn
Fins.az