ABŞ Ticarət Nazirliyi mart ayı xarici ticarət məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da xarici ticarət kəsiri mart ayında aylıq bazda 9,1 % azalaraq 64,2 milyard dollara düşüb.
Mart ayında 4 ayın ən aşağı səviyyəsinə enən xarici ticarət kəsiri fevral ayında 70,6 milyard dollar olaraq qeyd edilib.
Zəminə Hüseyn
Fins.az