DÜNYA

26 Aprel

Bu il satılan hər beş avtomobildən biri elektrikli olacaq

Beynəlxalq Enerji Agentliyinin (UEA) “Global Electric Vehicle Outlook” hesabatına görə, bu ilin birinci rübündə elektrrikli avtomobil satışları 25 % artaraq 2,3 milyona çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabata əsasən, elektrikli avtomobil satışlarının sayının 2022-ci ilə nisbətən 35% artaraq 14 milyona çatacağı və satılan hər 5 avtomobildən birinin elektriklə olacağı gözlənilir. 

Dünyada elektrikli avtomobil satışı keçən il 2021-ci illə müqayisədə 55 % artaraq 10 milyonu keçərək rekord qırıb. Elektrikli avtomobillərin ümumi avtomobil satışlarında payı 14 %-ə yüksəldi.

Zəminə Hüseyn
Fins.az