DÜNYA

25 Aprel

First Republic Bankın gəlirləri 3 ayda 41 % azalıb

"First Republic Bank" 2023-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, "First Republic Bank"ın gəlirləri martın sonunda ötən ilin sonu ilə müqayisədə 40,8 % azalıb.

"First Republic Bank"ın gəlirləri yanvar-mart dövründə keçən ilin eyni dövrünə görə 13,4% azalaraq 1,2 milyard dollara geriləyib. 

"First Republic Bankı"nın xalis mənfəəti də eyni dövrdə 32,9 % azalaraq 269 milyon dollar olub. Ötən ilin yanvar-mart aylarında bankın xalis mənfəəti 401 milyon dollar olub.

"First Republic Bank" keçən ay ABŞ-da "Silicon Valley Bank" (SVB) və "Signature Bank"ın iflasından sonra maliyyə çətinlikləri ilə üzləşib.