DÜNYA

25 Aprel

Türkiyədə tikinti sektorunda 0,1 % azalma müşahidə olunub

Türkiyə Statistika Qurumu (TÜİK) Xidmət, Pərakəndə Ticarət və İnşaat Güvən İndeksləri 2023-cü ilin aprel ayı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, xidmət sektorunda 1,1 % artdığı halda, pərakəndə ticarət 1,3 % və tikinti sektorunda 0,1 % azalma müşahidə olunub.

Müvafiq olaraq, güvən indeksi xidmətlər sektorunda yüksələrkən, pərakəndə ticarət və tikinti sektorlarında azalıb.

Zəminə Hüseyn
Fins.az