Avropa İttifaqı (Aİ) qurumları üzv ölkələrdə çip istehsalını artırmaq üçün 43 milyard avronu əhatə edən plan üzərində razılaşıblar.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ-nin çip istehsalındakı payının 2030-cu ilə qədər 20 %-ə çatması hədəflənir.
Hazırda çip istehsalında Aİ-nın payı 9 % civarındadır.
Çip istehsalında ABŞ-ın "Intel", Cənubi Koreyanın "Samsung" və Tayvanın "TSMC" şirkətləri birinci yerdədir.
Zəminə Hüseyn
Fins.az