DÜNYA

19 Aprel

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 18-də Amerika fond bazarında Dow Jones indeksi 0.03% – 33,976.63 bəndədək, Nasdaq indeksi 0.04% – 12,153.41 bəndədək azalıb, SP 500 indeksi isə 0.09% – 4,154.87 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 18-də Almaniyanın DAX indeksi 0.59% – 15,882.67 bəndədək azalıb, FTSE 100 indeksi 0.38% – 7,909.44 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.47% - 7,533.63 bəndədək artıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.02% dəyər itirərək 1.0970 dollara bərabər olub.