ABŞ Ticarət Departamenti mart ayı üçün mənzillərin tikintisinə başlanılması və tikintiyə icazələrin statistikasını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mart ayında ABŞ-da mənzillərin tikintisinə başlanğıcı azalıb, tikinti icazələri isə artıb.
Buna görə mənzil tikintisinə başlayanlar mart ayında bir əvvəlki aya görə 0,8 % azalaraq 1 milyon 420 minə geriləyib. Bazar gözləntilərini 1 milyon 400 min olacağı idi. Fevral ayında mənzil tikintisinə başlanğıcı isə 1 milyon 432 min oldu.
Mart ayında ölkədə mənzillərin tikintisinə başlaması da illik müqayisədə 17,2 %, tikinti icazələri isə illik müqayisədə 24,8 %azalıb.
Mart ayında tikinti icazələri aylıq 8,8% azalaraq 1 milyon 413 minə geriləyib. Tikinti icazələrinin 1 milyon 450 min olacağı gözlənilirdi. Fevral ayında isə icazələr 1 milyon 550 min səviyyəsində idi.
Zəminə Hüseyn
Fins.az