İngiltərənin əczaçılıq şirkəti GlaxoSmithKline (GSK)Kanadanın "Bellus Health" əczaçılıq şirkətini almağa razılaşıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət 1,6 milyard funt-sterlinqə (2 milyard dollar) almağa razılaşdığını bildirib.
Açıqlamada Kanada dərman şirkətinin tənəffüs yolları problemləri və öskürək müalicəsində ixtisaslaşdığı və satınalma müqaviləsinin bu sahələrdə GSK-ya böyük töhfə verəcəyi bildirilib.
Zəminə Hüseyn
Fins.az