Vanguard-ın qlobal faizlər üzrə rəhbəri Roger Hallam, bank iflaslarından sonra ABŞ-da kredit şərtlərinin sərtləşdirilməsinin ABŞ iqtisadiyyatını bu ilin ikinci yarısında mülayim tənəzzülə sürükləyəcəyini bildirib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Vanguard-ın fikrincə, son bank uğursuzluqlarından sonra daha sərt kredit şərtləri ABŞ iqtisadiyyatını bu ilin ikinci yarısında mülayim tənəzzülə sürükləyəcək.
"Biz hesab edirik ki, kredit standartlarının sərtləşdirilməsi iqtisadiyyatı bu ilin ikinci yarısında tənəzzülə sürükləyir", - deyə dünyanın ikinci ən böyük aktiv meneceri olan Vanguard-ın qlobal faiz dərəcələri üzrə rəhbəri Rocer Hallam bildirib.
Hallam onu da əlavə edib ki, hazırda çoxlu siyasət qeyri-müəyyənliyi var.
Zəminə Hüseyn
Fins.az