DÜNYA

17 Aprel

Almaniyada nüvə enerjisi dövrü başa çatıb

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada 60 ildən sonra nüvə enerjisi dövrü başa çatıb.

Fins.az "Bloomberg"ə istiandən xəbər verir ki, son üç atom elektrik stansiyası – “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb.

Sözügedən atom elektrik stansiyaları artıq elektrik şəbəkəsinə qoşulmasa da, ötən il ölkənin enerji ehtiyacının təxminən 6 %-ni ödəyib.

Son üç atom elektrik stansiyası bağlansa da, Almaniya hökuməti enerji təchizatının təhlükəsizliyinə zəmanət verildiyini bəyan edib. Ölkədəki nüvə boşluğunun bərpa olunan enerji ilə doldurulacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az