DÜNYA

17 Aprel

İstanbul Maliyyə Mərkəzi istifadəyə verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbul Maliyyə Mərkəzinin açılış mərasimi keçirilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Ərdoğan açılış mərasimində çıxış edib.

“İstanbul Maliyyə Mərkəzi regionda yerli və xarici maliyyə qurumlarının fəaliyyətə başlaması ilə ölkə iqtisadiyyatına töhfə verəcək.” - Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı qlobal maliyyənin ağırlıq mərkəzinin getdikcə daha çox qərbdən şərqə doğru dəyişdiyini ifadə edib.

"Bu kontekstdə Asiya ilə Avropa arasında artan ticari rəqabət və ölkəmizin geosiyasi mövqeyi İstanbul üçün yeni imkanlar açır. Biz hədəflərimizi bir addım da irəli apardıq. İnanırıq ki, tarixən Şərqlə Qərb arasında həm coğrafi, həm də ticarət körpüsü rolunu oynayan İstanbul, bu gün maliyyə bazarları arasında eyni əlaqə yaratmaq potensialına malikdir”, - deyə o, vurğulayıb.

R.T.Ərdoğan onu da əlavə edib ki, bu mərkəz üç qitənin qovuşduğu İstanbulda yeni bir maliyyə ekosistemini yaradacaq.

Zəminə Hüseyn
Fins.az