DÜNYA

17 Aprel

S&P bank sektorunu qiymətləndirib

Beynəlxalq kredit reytinqi agentliyi SP açıqlama edib ki, Türkiyə, Misir, İndoneziya, Qətər və Tunisin bank sistemləri qlobal likvidlik dəyişikliklərə qarşı həssas potensiala malikdir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, SP-nin verdiyi açıqlamada maliyyə şərtlərinin sərtləşdirilməsinin inkişaf etməkdə olan ölkələrin bank sisteminə təzyiq göstərə biləcəyi bildirilib.

Hesabatda həmçinin, Türkiyə bankları son illərdə mənzil qiymətlərinin artması və həddindən artıq genişlənən pul siyasəti kimi iqtisadi balanssızlıqlarla üzləşdiyi vurğulanıb.

Zəminə Hüseyn
Fins.az