ABŞ-ın Miçiqan Universiteti İstehlakçı Güvən İndeksinin aprel ayı üzrə aparıcı məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İstehlakçı Güvən İndeksi aprel ayında bazar gözləntilərini üstələyərək, aylıq 1,5 bənd artaraq 63,5-ə çatıb.
Qısamüddətli inflyasiya gözləntiləri apreldə 3,6 %-dən 4,6 %-ə yüksəlib.
Zəminə Hüseyn
Fins.az