DÜNYA

14 Aprel

Bank böhranından sonra \"BlackRock\"un aktivləri 9 trilyon dolları ötüb

Dünyanın ən böyük fond idarə şirkəti olan "BlackRock", bank böhranından sonra aktivlərinin 9 trilyon dolları keçdiyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,  bir neçə ABŞ bankının müflis olması və əmanətçilərin qorunma tələbindən sonra səhm və istiqraz bazarlarının canlanması ilə "BlackRock"un aktivləri birinci rübdə 9,09 trilyon dollara yüksəlib.

Nyu-Yorkda yerləşən "BlackRock" açıqlama verib ki, firmanın bütün fondlarına xalis axını 110 milyard dollar təşkil edib. 

Zəminə Hüseyn
Fins.az