DÜNYA

14 Aprel

ABŞ-da pərakəndə satışlar gözlənildiyindən daha çox azalıb

ABŞ Ticarət Nazirliyi mart ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mart ayında ABŞ-da pərakəndə satışlar gözləniləndən daha çox, aylıq 1 % azalıb. Gözlənti isə 0,5% azalacağı idi.

Buna görə pərakəndə satışlar mart ayında bir əvvəlki 691,7 milyard dollar olub. Fevralda isə pərakəndə satışlar 0,2 % azalıb.

Mart ayında ölkədə pərakəndə satışlar illik müqayisədə 2,9 % artıb.

Zəminə Hüseyn
Fins.az