Sinqapur Valyuta Təşkilatı (MAS) son 14 ilin ən yüksək səviyyəsinə yaxınlaşan inflyasiyanı cilovlamaq üçün keçən il 4 dəfə sərtləşdirdiyi pul siyasətini bu dəfə sürpriz bir qərarla dəyişmədi.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Sinqapurda əsas inflyasiyanın növbəti bir neçə ay ərzində yüksək qalacağı və ilin ikinci yarısında tədricən azalacağı gözlənilir.
İlkin hesablamalara görə, Sinqapurun Ticarət və Sənaye Nazirliyi 2023-cü ilin birinci rübündə ümumi daxili məhsulun illik müqayisədə 0,1 % artdığını bildirib.
Əvvəlki rüblə müqayisədə iqtisadiyyat isə 0,7 % azalıb.
Zəminə Hüseyn
Fins.az