Avropanın ən böyük şirkəti olan "Louis Vuitton Moet Hennessy" (LVMH) hazırda dünyanın ən dəyərli 10 şirkətindən biri olma ünvanına sahibdir.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, LVMH-nin bazar kapitallaşması 486 milyard dollara yüksələrək onu dünyanın 10-cu ən böyük şirkəti edib.
Şirkət 500 milyard dollara çatsa, bu mərhələyə çatan ilk Avropa şirkəti olacaq.
Dünyanın ən dəyərli şirkətləri siyahısında ilk yeri 2,5 trilyon dolları keçən "Apple" şirkəti tutur. "Microsoft" 2,11 milyard dollarla ikinci, "Aramco" isə 1,9 trilyon dollarla üçüncüdür. "Tesla" 571 milyard dollarla 8-ci, "Meta Platforms" isə 555 milyard dollarla doqquzuncudur.
Zəminə Hüseyn
Fins.az