Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksi 1.14% – 34,029.69 bəndədək, SP 500 indeksi 1.33% – 4,146.22 bəndədək, Nasdaq indeksi isə 1.99% – 12,166.27 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 13-də Almaniyanın DAX indeksi 0.16% – 15,729.46 bəndədək, FTSE 100 indeksi 0.24% – 7,843.38 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.13% - 7,480.83 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.17% dəyər qazanaraq 1.0988 dollara bərabər olub.