Mart ayında Yaponiyada korporativ iflasların artdığı bildirilib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ən azı 10 milyon yen (76 min dollar) borcu olan korporativ firmaların işi araşdırılıb.
Araşdırmada Yaponiyada 6 min 799 korporativ şirkətin 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər ləğv prosedurlarına başladığı ortaya çıxıb. Bu rəqəm keçən illə müqayisədə 883 ədəd artıb.
Xammal xərclərinin artması və enerji xərclərinin artması iflasa səbəb olub.
Zəminə Hüseyn
Fins.az