DÜNYA

13 Aprel

Dünyada şəkərin qiyməti son 10 ilin maksimumuna çatıb

London birjasında ağ şəkər fyuçersləri son 10 ilin ən yüksək səviyyəsinə 705,5 dollara yüksəlib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, London birjasında ağ şəkər fyuçerslərinin dəyəri 4,7% artaraq bir ton üçün 705,5 ABŞ dolları olub. Bu, 2011-ci ildən bəri ən yüksək səviyyədir.

Şəkərin qiymətinin bahalaşmasına səbəb isə Hindistan, Braziliya, Pakistan və Taylanddan tədarükün azalmasıdır.