ABŞ Federal Ehtiyat Sisteminin (FED) 21-22 mart tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını açıqlayıb.
Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, FED rəsmilərinin mart ayı toplantısında faiz dərəcəsinin sabit saxlanılmasını qiymətləndirdiyi, lakin yekun qərarın 25 bənd artım olduğu ortaya çıxıb.
Siyasət dərəcəsinin son 16 ilin ən yüksək səviyyəsi olan 4,75-5 % aralığına qaldırıldığı son iclasın protokolları FED rəsmilərinin də faiz artımlarının dayandırılmasını qiymətləndirdiyini göstərib.
Zəminə Hüseyn
Fins.az