DÜNYA

13 Aprel

Almaniyada mart ayında inflyasiya 7,4%-ə düşüb

Almaniya Federal Statistika İdarəsi (Destatis) mart ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatı açıqlayıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, inflyasiya düşməsi enerji qiymətlərinin düşməsi səbəbindən baş verib.

Almaniyada yanvar və fevral aylarında 8,7 % olan illik inflyasiya, mart ayında gözləntilərə yaxın olaraq 7,4-% ə geriləyib.

Zəminə Hüseyn
Fins.az