DÜNYA

13 Aprel

Ukrayna iqtisadiyyatı ötən il 29,1 % azalıb

Ukrayna Federal Statistika İdarəsi 2022-ci ili əhatə edən Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) yekun artım məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Ukraynanın ÜDM-i keçən il 29,1 faiz azalıb. 

Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə Ukraynanın ÜDM-i keçən illə müqayisədə təxminən 3,4 % artaraq 200 milyard dollara çatıb.

Zəminə Hüseyn
Fins.az