DÜNYA

13 Aprel

ABŞ-ın mart ayı üçün büdcə balansı açıqlanıb

ABŞ Maliyyə Nazirliyi mart ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, büdcə kəsiri mart ayında gəlirlərin azalması və xərclərin artması nəticəsində 378 milyard dollar təşkil edib.

Keçən ilin eyni ayında 193 milyard dollar büdcə kəsiri var idi. Beləliklə, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 96 %  artıb.

Zəminə Hüseyn
Fins.az