DÜNYA

13 Aprel

Çin təmiz enerji mənbələrindən istifadəni 1 % artırmağı hədəfləyir

Çin yaxın 5 ildə təmiz enerji mənbələrindən istifadəni hər il 1 % artırmağı planlaşdırır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çinin Milli Enerji Administrasiyasının rəhbəri Cang Cienhua paytaxt Pekində keçirdiyi mətbuat konfransında ölkədə təmiz enerjidən istifadənin təşviqi ilə bağlı qiymətləndirmələr edib.

Ölkədə təmiz enerji mənbələrinin quraşdırılmış gücünün 1,27 teravat olduğunu bildirən Canq, onun ümumi quraşdırılmış gücdə nisbətinin 49,5 %, istehlakdakı payının isə 17,5 % olduğunu bildirib.

5 ildə fosil olmayan təmiz enerji istehlakının hər il 1% artırılacağını ifadə edən Cang, Çinin bu qaynaqların istifadəsinə diqqət yetirəcəyinə söyləyib.

Çinin külək və günəş enerjisinə investisiyaları son 3 ildə 100 gigavat artıb.

Zəminə Hüseyn
Fins.az