DÜNYA

13 Aprel

Türkiyədə pərakəndə satış həcmi fevral ayında 6,5 % azalıb

Türkiyə Statistika Təşkilatı fevral ayı pərakəndə satış indekslərini açıqlayıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, sabit qiymətlərlə pərakəndə satış həcmi fevral ayında əvvəlki ilin eyni ayına nisbətən 21,5 % artıb.

Eyni ayda qida, içki və tütün satışı 24,3 % , qeyri-ərzaq satışları (avtomobil yanacağı istisna olmaqla) 24,5 %, avtomobil yanacağı satışı isə 7,8 % artıb.

Pərakəndə satışlar fevral ayında əvvəlki ayla müqayisədə 6,5 % azalıb. Eyni ayda qida, içki və tütün satışı 0,3% , qeyri-ərzaq məhsullarının satışı (avtomobil yanacağı istisna olmaqla) 8,7 %, avtomobil yanacağı satışı isə 8,8 % azalıb.

Zəminə Hüseyn
Fins.az