London birjasında ağ şəkər fyuçersləri son 10 ilin ən yüksək səviyyəsinə - 705,5 dollara yüksəlib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, London birjasında ağ şəkər fyuçerslərinin dəyəri 4,7% artaraq bir ton üçün 705,5 ABŞ dolları olub. Bu, 2011-ci ildən bəri ən yüksək səviyyədir.
Şəkərin qiymətinin bahalaşmasına səbəb isə Hindistan, Braziliya, Pakistan və Taylanddan tədarükün azalmasıdır.
Sirac Qayıbov
Fins.az