ABŞ “First Republic Bank”a ən azı 120 gün ərzində cəmi 30 milyard dollarlıq əmanət yatırıb və bəzi nəhəng bankların ehtiyatlarını artırmağa hazırlaşır.
Fins.az xəbər verir ki, “Bloomberg”ə məlumat verən etibarlı mənbələr bildiriblər ki, ən çox əmanətə sahib olan bankların hər biri 100 milyon dollar ayırmağı nəzərdən keçirirlər.
Keçən ay “First Republic Bank”ı “JPMorgan”, “BofA”, “Cit” və “Wells Fargo” banklarının hər birinə 5 milyard dollar verib. “Goldman Sachs” və “Morgan Stanley” banklarına isə hər birinə 2,5 milyard dollar, o cümlədən “PNC”, “BNY Mellon”, “Truist”, “USA Bancorp State Street” banklarına hər birinə 1 milyard dollarlıq əmanətlər yatırılıb.
Sirac Qayıbov
Fins.az