ABŞ-ın maliyyə naziri Canet Yellen qlobal toplantılarda borcların yığılması və Dünya Bankının islahatına təkan verəcəyini söyləyib.
Fins.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Qlobal maliyyə rəsmiləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yaz iclasları üçün Vaşinqtonda bir araya gəliblər.
Rəsmilər qeyd ediblər ki, ABŞ Maliyyə Nazirinin Zambiya və Qananın ölkə borcunun restrukturizasiyası tələblərinin təcili həlli istiqamətində və Şri-Lankanın borclarının yekunlaşdırılması üçün təzyiq göstərəcəyi gözlənilir.
Sirac Qayıbov
Fins.az